Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Məşhur aktyor Timoti Şalamet “Barbi” filmində rol almaq istəyib
18.08.2023

Məşhur amerikalı aktyor Timoti Şalamet “Barbi” filmində rol almaq istəyib.

AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, rejissorluğunu Qreta Qerviqin etdiyi “Balaca qadınlar” filmində rol alan Timoti Şalamet “Barbi” filmində də onunla çalışmaq arzusunda olub.

Qreta Qerviq mətbuat turu zamanı Timoti Şalametin Londonda filmin çəkiliş meydançasını ziyarət etmək istədiyini və bunu edə bilmədiyi üçün təəssüfləndiyini açıqlayıb.

Qeyd edək ki, Saoirse Ronan “Barbi” filmi çəkilən zaman “Otlaq" dramına hazırlaşırdı.

Oxşar Xəbərlər

    ×