Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək
31.08.2023

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev sentyabrın 5-də, saat 10:00-da Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında vətəndaşları qəbul edəcək.

Report bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, qəbulda iştirak etmək istəyən şəxslər qurumun “Çağrı Mərkəzi”nə (1652) və DAİM-ə (050-408-52-62) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələnlər şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Oxşar Xəbərlər

    ×