Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Görkəmli bəstəkar Arif Məlikovun 90 illiyinə həsr edilən yaradıcılıq gecəsi keçirilib
12.09.2023

Sentyabrın 12-də Milli Aviasiya Akademiyasında Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, “İstiqlal” ordenli, akademik Arif Məlikovun anadan olmasının 90 illiyinə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə görkəmli bəstəkarın bənzərsiz yaradıcılıq nümunələrindən danışılıb və ölməz musiqi əsərləri səsləndirilib.

Bildirilib ki, böyük bəstəkarın yaradıcılığında kinofilmlərə və teatr tamaşalarina yazdiğı musiqilər xalqımız tərəfindən böyük rəğbətlə qarşılanib. Onun "Sehrli xalat", "Ulduzlar sönmür", "Axirıncı aşırım " kimi filmlərə, "Natəvan", "Atabəylər" tamaşalarına yazdiğı musiqi əsərləri bu gün də sevilə-sevilə dinlənilir.

A.Məlikovun çoxşaxəli yaradıcılığında estrada əsərləri də mühüm yer tutub. Bəstəkarın yazdığı "Yaşatdi məni", "Dənizdə ay çiməndə", "Gəl bizim dağlara" və digər mahnılar taninmış mügənnilərimizin ifasinda böyük şöhrət qazanıb. Bəstəkarın bəstələdiyi mahnıları Rəşid Behbudov, Şövkət Ələkbərova, Flora Kərimova və digər tanınmış müğənnilərimiz böyük məharətlə ifa ediblər.

Milli Aviasiya Akademiyasının tələbələri və professor müəllim heyətinin qarşısında çıxış edən Xalq artisti Fidan Haciyeva, Əməkdar artist Ramil Qasımov, müğənnilər Kamilə Nəbiyeva, İnarə Babayeva bəstəkarın müxtəlif illərdə yazdığı estrada, operetta və klassik janrda bəstələdiyi mahnıları təqdim ediblər.

İfaçıları Xalq artisti Ənvər Sadıqovun "Qaytağı" instrumental ansamblı müşayiət edib.

Oxşar Xəbərlər

    ×