Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Van Qoqun oğurlanmış əsəri tapılıb
13.09.2023

İncəsənət tarixinin ən görkəmli simalarından olan holland rəssam Vinsent Van Qoqa məxsus olan oğurlanmış rəsm əsəri öz doğma vətənində Hollandiyada tapılıb.

AZƏRTA TASS-a istinadla xəbər verir ki, Van Qoqun “The Parsonage Garden at Nuenen” əsəri məşhur dedektiv Artur Brand və Hollandiya polisinin birgə səyi nəticəsində aşkarlanıb.

Rəsm əsərinin dəyəri 3-6 milyon avro aralığında qiymətləndirilir.

Xatırladaq ki, əsər üç il bundan əvvəl Hollandiyanın Amsterdam şəhərində yerləşən Singer Laren muzeyindən oğurlanmışdır.

Oxşar Xəbərlər

    ×