Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən film 2024-cü ildə təhvil veriləcək
10.10.2023

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Himayədar" filmi gələn il təhvil veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev Azərbaycan III "Korkut Ata" Film Festivalı ilə əlaqədar keçirilən Zirvə görüşündə deyib.

Onun sözlərinə görə, film ümumilikdə 8 seriyadan ibarət olacaq və hər seriya bir saat davam edəcək.

"Hadrut, sən azadsan" filminin çəkilişlərinin yekunlaşdığını qeyd edən Bakı Media Mərkəzinin icraçı direktoru, ekran əsərinin gələn ay təhvil veriləcəyini bildirib.

Oxşar Xəbərlər

    ×