Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Cəbrayıl, Qubadlı və Zəngilanda 2027-ci ilədək 24 kəndin tikilməsi nəzərdə tutulub
20.10.2023

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına görə, 2022-2026-cı illər ərzində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 3 şəhər mərkəzi, 5 qəsəbə və 24 kəndin tikintisi nəzərdə tutulub.

Report xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətininin icraçı direktoru Növrəs Cəfərov Xəzər İnşaat Həftəsi çərçivəsində "Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin Böyük Qayıdışa töhfələri" mövzusunda təşkil olunmuş paneldə bildirib.

"Böyük Qayıdışın ilk ünvanı sayılan Zəngilan rayonunun Ağalı kəndində artıq həyat var. Bu kəndə 649 nəfərdən ibarət 133 ailə köçürülüb. Ağalı kəndinin idarəedilməsinə cəlb olunan əməkdaşlarımızın əksər hissəsi məhz buranın sakinləridir", - deyə N. Cəfərov qeyd edib.

Oxşar Xəbərlər

    ×