Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Azərbaycanda 9 ayda 24 kilometr uzunluğunda suvarma kanalı tikilib
01.11.2023

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 24,1 kilometr suvarma kanalı tikilib, 98,8 kilometr kanal yenidən qurulub və bərpa edilib.

Bu barədə Reportun sorğusuna cavab olaraq “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Fuad Nəsirov bildirib.

Onun sözlərinə görə, hesabat dövründə ölkədə 110,5 kilometr kollektor-drenaj şəbəkəsi tikilib, 1 517 hidrotexniki qurğu, 94 hidropost və 202 nasos stansiyası cari təmir edilib.

Hazırda respublikada 1 059 ədəd nasos stansiyası istismar olunur. Bunun 775 ədədi elektrik enerjisi, 284 ədədi isə dizel yanacağı ilə işləyir.

Xatırladaq, bu il 60 kilometr torpaq məcralı kanalın beton üzlüyə alınması, 9 kilometr nov kanalın isə əsaslı təmir olunaraq çəkilməsi planlaşdırılıb.

Oxşar Xəbərlər

    ×