Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Beynəlxalq Muğam Mərkəzində Zəfər Gününə həsr olunmuş konsert təqdim ediləcək
03.11.2023

Noyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, konsert Muğam Mərkəzinin fəaliyyətə başlamasının 15 illiyinə həsr edilən silsilə tədbirlər çərçivəsində keçiriləcək.

Proqramda BMM-in solistləri, Əməkdar artistlər Təyyar Bayramov, Bəyimxanım Vəliyeva, Arzu Əliyeva və xanəndə Hüseyn Məlikov çıxış edəcək. Xanəndələri tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, qanunda Əməkdar artist Təranə Əliyeva, udda Vasif Yusibli, nağarada Amil Mustafayev, balabanda Rafael Əsgərov müşayiət edəcək.

Konsertə giriş sərbəstdir.

Oxşar Xəbərlər

    ×