Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Yasamal Mərkəzi Kitabxanasında yeni kitabın təqdimatı keçirilib
06.02.2020

Fevralın 6-da Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşı, yazıçı Pərvanə Qarayevanın (Bayramqızı) “Yaza bilməyən yazıçı” adlı kitabının təqdimatı olub.

Kitabxanadan bildirilib ki, qurumun direktoru Lətifə Məmmədova çıxış edərək yazıçının bu kitabında son iki il ərzində mətbuatda və saytlarda dərc edilmiş ictimai-sosial həyatın problemlərindən bəhs edən yazılarının toplanıldığını söyləyib. Bildirib ki, kitabda, həmçinin müəllifin ilk kitabından (“Qəlbimin istəkləri”) şeirlər də yer alıb.

Tədbirdə direktor müavini Könül Vəliyeva çıxış edərək, müəllifin şəxsi keyfiyyətlərinin yazıları ilə tarazlıq təşkil etdiyindən söz açıb, ona yaradıcılıq uğurları arzulayıb.

Şöbə müdiri Təranə Heydərova, Q.Musabəyov adına 3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarova, A.Şaiq adına nömrəli kitabxana filialının əməkdaşı Aybəniz Əliyeva, böyük metodist İradə Hüseynova və başqaları müəllifin yazılarını daim izlədiklərini bildiriblər.

Sonda müəllif tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkkür edib, imzalı kitabları tədbir iştirakçılarına və kitabxanaya hədiyyə edib.

 
Oxşar Xəbərlər

    ×