Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Şərqi London Universitetinin əməkdaşları UNEC-də təlim keçəcəklər
06.02.2020

Böyük Britaniyanın Şərqi London Universitetinin professoru Syuzan Dikson və universitetin müəllimi Niki Kartis fevralın 10-dan 13-dək Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 4 günlük təlim keçəcəklər.

UNEC-dən bildirilib ki, təlimdə fəal iştirak edən tələbələr layihə koordinatoru tərəfindən seçilərək, may ayında Şərqi London Universitetinə getmək imkanı qazanacaqlar.

Təlimdə iştirak etmək istəyən tələbələr ingilis dilində 500 sözlük “İxtisasınızda əldə etdiyiniz bilik-bacarıqlar, gələcək karyera planlarınız və Creative Spark layihəsinin hədəflərinizdə rolu” mövzusunda yazını fevralın 8-dək rauf_mammadov@unec.edu.az  ünvanına göndərməlidirlər.

Oxşar Xəbərlər

    ×