Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Azərbaycan musiqiçiləri Tbilisi Caz Festivalına dəvət olunublar
07.02.2020

Martın 25-də Tbilisidə 23-cü Caz Festivalı keçiriləcək. Rustaveli teatrında olacaq musiqi bayramı üç gün davam edəcək. Festivalda Britaniya, ABŞ, Fransa, Gürcüstan və digər ölkələrin tanınmış caz ustaları iştirak edəcəklər.

Teatrdan xüsusi müxbirinə bildiriblər ki, festivala Azərbaycan cazmenləri və caz musiqisi üzrə mütəxəssisləri də dəvət olunublar.

Festivalın ilk günündə Dayana Rivz öz qrupu ilə çıxış edəcək.

Dünya şöhrətli cazmenlərlə yanaşı, Gürcüstanın məşhur Qudci Mardina, Luka Topuriya (kvartet), Rezo Kiknadze (sikstet) və Qiya Rakviaşvili üçlüyü çıxış edəcək.

Festivalda məşhur azərbaycanlı cazmen Vaqif Mustafazadənin əsərlərinə də müraciət olunacaq.

 
Oxşar Xəbərlər

    ×