“Universal Pictures” kinostudiyası ABŞ əsilli rejissor, ssenarist Skott Derrikksonun “Qara telefon” filminin ikinci hissəsinin yayım tarixini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, qorxu janrında çəkilən ekran əsərinin nümayişinin 2025-ci ildə keçirilməsi planlaşdırılır.
Filmdə Maks rolunu Ceyms Ransone, Buzz rolunu Spenser Fitscerald, Metti rolunu Cordan İsaiah Uayt, Brüs rolunu Tristan Pravonq canlandırırlar.
“Qara telefon” dəhşətli uşaq qatili tərəfindən qaçırılan və səs keçirməyən zirzəmidə saxlanılan 13 yaşlı Finni Şounun hekayəsindən bəhs edir. Zahirən çarəsiz görünən əsas obraz Finni, qatilin əvvəlki qurbanlarından telefon vasitəsilə zənglər almağa başlayır və gözlənilməz sonluqla davam edir.