Amerikalı rejissor Jos Monkar tərəfindən ekranlaşdırılan zombilərdən bəhs edən “As we know it” filminin yayım tarixi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, faciəvi komediya janrında çəkilən film dekabrın 1-də tamaşaçıların qarşısına çıxacaq.
Ekran əsərində baş rolları Mayk Kastel, Oliver Kuper, Taylor Blakvel, Tomas Kristofer Parnell və Pamela Grier canlandırıb.
Film 1990-cı ilin sonlarında Los-Anceles şəhərinin qeyri-adi zombi epidemiyasına bürünməsindən bəhs edir.