Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Lənkəran Teatrında “İki iyirmi üç arasında” tamaşası nümayiş olunub
05.12.2023

Lənkəran Dövlət Dram Teatrı “Heydər Əliyev İli”nə töhfə olaraq Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin “İki iyirmi üç arasında” əsəri əsasında eyniadlı verbatim-kompozisiyaya quruluş verib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən kompozisiya sənədli teatr estetikasında – verbatim janrında qurulub.

Kompozisiyada Ulu Öndər Heydər Əliyevin 1923- 2003-cü illər ərzindəki həyat və fəaliyyəti təqdim olunur, onun Azərbaycan xalqının ictimai-siyasi, sosial-kulturaloji həyatındakı rolu, millətimizin özünüdərk prosesi yolundakı fəaliyyəti göz önündə canlandırılır, Ulu Öndər milli azərbaycançılıq ideologiyasının banisi kimi təqdim edilir.

Kompozisiyanın məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin zəngin yaradıcılığını tamaşaçılara və yeni nəslə çatdırmaq, müasir Azərbaycanın qurucusu kimi xalqımızın tarixində oynadığı rolu bir daha nümayiş etdirməkdir.

Verbatim-kompozisiyanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Fuad Babazadə, rəssamı Nərgiz Baxşızadə, geyim üzrə rəssamı Güli Süleymanlı, musiqi tərtibatçısı Vüqar Fərəcov, qrafik dizayneri Fidan Hüseynzadə, videomühəndisi Şəhriyar Camalbəylidir. Rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Sücəddin Mirzəyev, Zemfira Nəcəfova, aktyorlar Şarud Mehdiyeva, Aynur Əhmədova, Səyad Əliyev, Miraslan Ağayev, Allahverən Babayev, Qızılgül Quliyeva, Buludxan Buludov, Hikmət Cəfərov, Gülər Kərimova, Rauf Zeynalov, Saleh Əzimzadə, Ayşən Əsədova, Əlirza Şahbazi, Günel Abbaszadə, Emil Rzayev, Aysel Babazadə, Təvəkkül Həsənov, Vəfa Hacızadə, Məleykə Cəfərova və Teymur Hacızadə ifa edib.

Oxşar Xəbərlər

    ×