Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin toplusuna məxsus eksponat bərpa olunub
26.11.2019

Tovuz rayon Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin toplusuna məxsus eksponatın – “Üçlük” aşıq kompozisiyasının bərpa və konservasiyaya ehtiyacı olduğu müəyyənləşdirilib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar eksponat Elmi-Bərpa Mərkəzinin ali-dərəcəli bərpaçıları tərəfindən “Azərbaycan Respublikası Muzey Sərvətlərinin və Muzey Kolleksiyasının Uçotu və Mühafizəsinə dair Təlimat”da müəyyən edilmiş qaydada 3 gün ərzində yerində bərpa olunub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin göstərişi ilə bu kimi daşınması çətin olan muzey əşyalarının yerində bərpası mərkəz tərəfindən əvvəlki illərdə də həyata keçirilib. Onların sırasına Şəmkir, Masallı, Qax, Tovuz və digər tarix-diyarşünaslıq muzeylərinin, eləcə də N.Nərimanov, B.Kəngərli, C.Məmmədquluzadə, Ü.Hacıbəyli və Azərbaycanın digər görkəmli ictimai xadimlərinin memorial muzeylərinin toplusunda olan nadir əşyalar da daxildir.

Oxşar Xəbərlər

    ×