Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Türkiyəli tədqiqatçı: Vaqif Səmədoğlunun şeirləri Azərbaycan xalqının səsidir
07.02.2020

Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun şeirlərində həyati gerçəkliklər, gündəlik təlaşlar, adi hesab olunan təfərrüatlar əksini tapır.

Bu fikriləri türkiyəli tədqiqatçı Aysun Dəmirəz Günəri deyib.

Böyük şairin yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə fikir və düşüncələrini bölüşən tədqiqatçı deyib: “Vaqif Səmədoğlunun şeirləri Azərbaycan xalqının səsidir. O, əsl könül şairidir. Əminəm ki, onun nadir üslubda yazdığı şeirləri kimi, həyat reallıqlarını əks etdirən pyesləri də daim ədəbiyyatsevərlər üçün cəlbedici olacaqdır”.

 
Oxşar Xəbərlər

    ×