Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Bakıda Qərbi Azərbaycandan olan rəssamların əsərlərindən ibarət sərgi açılıb
08.12.2023

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Qərbi Azərbaycandan olan rəssamların əsərlərindən ibarət sərginin açılış mərasimi olub.

“Report” xəbər verir ki, tədbir Azərbaycan Rəssamlar İttifaqının və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilir.

Sərgidə Azərbaycan xalq rəssamları Hüseyn Əliyev, Kamil Əliyev, Arif Qazıyev, Əməkdar rəssam Rza Avşarov, Əməkdar rəssam İsa Məmmədov, Nağdəli Xəlilov, Sabir Hüseynov, Saleh Məmmədov, Akif Quliyev, Xuday İbrahimov, Pərvin Quliyeva, Sevil Əhmədova, Əli İsmayıl və başqaları olmaqla 25 müəllifin 40-adək rəngkarlıq və rəsm əsərləri nümayiş olunur.

Açılış mərasimində Qərbi Azərbaycan icmasının sədri Əziz Ələkbərli bildirib ki, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi və bərpası məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı tarixi və siyasi hadisələr olmaqla yanaşı, eyni zamanda yaradıcı insanlar və rəssamlar üçün də bir ilham qaynağı, yaradcılıq mövzusudur.

Oxşar Xəbərlər

    ×