Yanvarın 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında maraqlı tamaşalardan sayılan “Mən öləndə ağlama” tamaşası sənət ocağının kiçik səhnəsində nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşa yazıçı Pərvin Nurəliyevanın pyesi əsasında səhnələşdirilib.
Monotamaşada gənc və istedadlı aktrisa Səbinə Məmmədova maraqlı obraz yaradıb.
Səhnə əsərinin premyerası 2019-cu il martın 29-da keçirilib.