Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Milli Kitabxanada ənənəvi kitab sərgiləri açılıb
10.01.2024

Azərbaycan Milli Kitabxanası akademik Afad Qurbanovun, professor Ramiz Əsgərin, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun yubileyləri ilə əlaqədar ənənəvi kitab sərgiləri təşkil edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə müəlliflərin əsərləri, tərcümə etdikləri, rəyçi və redaktor olduqları əsərlər və haqqında ədəbiyyatlar nümayiş olunub. Eyni zamanda sərgidə Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun sözlərinə bəstələnmiş musiqi notları da yer alıb.

Sərgi bir həftə davam edəcək.

Oxşar Xəbərlər

    ×