Facebook Pixel Code
GoMap XƏRITƏ
Turizm xəbərləri
Göydəniz Qəhrəmanov: Son illər Azərbaycanda turizm sektorunda böyük artıma nail olunub
11.01.2024

Son 20 ildə Azərbaycanda turizm sektoru 19 dəfə artıma nail olub.

AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Bakıda keçirilən "Turizm Sənayesi Subyektlərinin Forumu"nda bildirib.

"Koronavirus (COVID-19) pandemiyasından sonra bərpa dövrünü nəzərə almasaq, 2003-2019-cu illəri əhatə edən dövr ərzində Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 3 dəfədən çox, mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı 7,6 dəfə artıb. Azərbaycana səyahətin asanlaşdırılması məqsədilə bir sıra inzibati prosedurlar sadələşdirilib, nəqliyyat infrastrukturu təkmilləşdirilib.

Oxşar Xəbərlər

    ×