Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər Yuliya Kərimova (piano) və Rövşən Əmrahov (violin) öz ifalarını dinləyicilərə təqdim ediblər.
Konsertdə G.Rossininin “Cənab Bruskino” operasına Uvertüra, F.Schrekerin İntermezzo, F.Mendelssohnun Violin, piano və simlilər üçün ikili Konserti və V.Herbertin Serenada, op.12 əsərləri səslənib.