Dram janrında çəkilən “Cənablar” serialının treyleri yayımlanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, serial 2024-cü ilin martında “Netflix” platformasında nümayiş olunacaq.
Ekran əsərinin aktyor heyətində Teo Ceyms, Maks Bisli, Daniel İnqs, Coli Riçardson, Piter Serafinoviç, Kaya Skodelario və Giankarlo Esposito yer alır.
Serial britaniyalı rejissor Gay Riç tərəfindən ekranlaşdırılıb.