Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Bu gün Naxçıvan şəhərinin elektrik enerjisi verilişində fasilə yaranacaq
16.01.2024

Bu gün Naxçıvan şəhərinin elektrik enerjisi verilişində müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Report"un yerli bürosuna Muxtar Respublikanın Dövlət Energetika Xidmətindən verilən məlumat qeyd olunur.

Qeyd olunub ki, bu gün Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin xidmət sahəsindəki 10 kilovoltluq “Yeni Naxçıvan” elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Naxçıvan şəhərinin 11 və 20-ci məhəllələrin bəzi hissələrində saat 14:00-dan 15:00-dək elektrik enerjisi verilişində müvəqqəti fasilə yaranacaq.

Oxşar Xəbərlər

    ×