Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“İrsimizi tanıyaq, tanıdaq” müsabiqəsinin nəticələri ilə bağlı ekspert komissiyasının iclası keçirilib
17.01.2024

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “İrsimizi tanıyaq, tanıdaq” müsabiqəsinin qaliblərinin müəyyənləşdirilməsi üçün ekspert komissiyasının iclası olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasın nəticələrini əks etdirən protokola əsasən təqdim olunan videoçarxlar keyfiyyət baxımından qənaətbəxş olmadığına və müsabiqə şərtlərinə cavab vermədiyinə görə qaliblərin müəyyənləşdirilməsi mümkün olmayıb.

Müsabiqə Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətinin təbliği, incəsənətə, milli-mənəvi dəyərlərə, adət-ənənələrimizə hörmətin qorunub saxlanılması və inkişaf etdirilməsi, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək məqsədilə təşkil olunub.

Oxşar Xəbərlər

    ×