Facebook Pixel Code
GoMap XƏRITƏ
Turizm xəbərləri
Azərbaycanda yay istirahətini planlaşdıran rusiyalıların sayı artıb
17.01.2024

Yay fəslində Azərbaycanda istirahət etmək istəyən rusiyalıların sayı 79 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Ostrovok.ru” onlayn bron servisi məlumat verib.

Rusiyalı turistlər getdikcə daha tez-tez Azərbaycanda yay tətillərini əvvəlcədən sifariş edirlər. Bu il erkən rezervasiyaların sayı 79 faiz artıb. Azərbaycan Rusiya vətəndaşlarının yay tətilini keçirməyi planlaşdırdığı ilk 6 ölkə sırasındadır.

Qeyd edək ki, bu il Azərbaycan ilkin rezervasiyaların sayına görə, Ermənistan, Qazaxıstan və Fransanı geridə qoyub.

Oxşar Xəbərlər

    ×