Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Azərbaycan mədəniyyəti ilə bağlı dövlət strategiyası yaxın vaxtlarda təqdim olunacaq
18.01.2024

“Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası” yaxın zamanlarda təqdim olunacaq.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa komitənin yanvarın 18-də keçirilən iclasında deyib.

Komitə sədri bildirib ki, təxminən 1-2 ay ərzində strategiya sənədinin təqdimatı gözlənilir: “Təklif edərdim ki, buna qədər parlament səviyyəsində Mədəniyyət Nazirliyi və komitə arasında görüş keçirilsin. Komitə üzvlərinin də fikirləri dinlənilsin”.

Oxşar Xəbərlər

    ×