Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində görkəmli Norveç bəstəkarı, pianoçu, dirijor Edvard Qriqə həsr olunmuş konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçısı və aparıcısı məktəbin fortepiano ixtisası üzrə müəllimi, Respublika və Beynəlxalq müsabiqələr laureatı Nigar Heydərli bəstəkarın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, bəstəkarın musiqi tarixinə Norveç musiqisi ilk klassik kimi daxil olub.
Tədbirdə bəstəkarın “Dağ kralının mağarasında ”, “Norveç rəqsi”, “Halling”, “Ad günü”, “Elflərin rəqsi” kimi əsərlər məktəbin müəllim və şagirdlərinin ifalarında səslənib.
Tədbirin sonunda məktəbin direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifli tədbirin aparıcısına və iştirakçılarına təşəkkür edib.