Qobelen Azərbaycanda 70-80 illik tarixə malik bir sənətdir. Hiss və duyğuların ifadə olunduğu bu sənət çətinliklə ərsəyə gəlir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Əməkdar rəssam, qobelen ustası Adil Şıxəliyev deyib.
Əlli ildir yaradıcılıqla məşğul olan rəssam dövlət səviyyəsində keçirilən tədbirlərdə öz əsərləri ilə fəal iştirak etdiyini söyləyib: “Yaradıcılığımı sırf Azərbaycana həsr etmişəm. Zamanın sınaqlarından üzüağ çıxmağı bacaran Vətənimiz Azərbaycan tarixi yaradıcılığımda həmişə ön planda olub. “Odlar yurdu”, “Simurq quşu”, “Qarabağdan məktub”, “Fəryad” adlı əsərlərimin hər biri tarixi hadisələrlə bağlıdır”.