Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən görkəmli şair, publisist Səməd Mənsurun anadan olmasının 145 illiyi və Əməkdar incəsənət xadimi Əli Tudənin 100 illiyi münasibətilə biblioqrafik yaddaş oxuculara virtual şəkildə təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, biblioqrafik göstəricidə şair və yazıçı barədə kitabxana fondunda mövcud olan kitab və dövri mətbuat materiallarının ədəbiyyat siyahısı yer alıb.