Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
“Qulliver Cırtdanlar ölkəsində” yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində
06.02.2024

Fevralın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında satirik, publisist, filosof və ictimai xadim Conatan Sviftin məşhur “Qulliver Cırtdanlar ölkəsində” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadədir.

Tamaşada kukla elementlərindən məharətlə istifadə olunub. Müəllifin başlıca silahı olan satira və gülüş məqamları yaradıcı heyət tərəfindən ustalıqla əks etdirilib. Uşaq və yeniyetmələrə təbliğ olunan əsas məqam darda olanlara kömək etməyin, mərhəmətli olmağın vacibliyidir.

“Qulliver Cırtdanlar ölkəsində” tamaşasında əsas rolları Elşən Hacıbabayev və Müşfiq Əliyev ifa edəcək.

Oxşar Xəbərlər

    ×