Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Mədəniyyət xəbərləri
Gəncə Dövlət Filarmoniyası Bakıda konsert proqramı ilə çıxış edib
20.02.2024

Bakı Musiqi Akademiyası nəzdindəki Opera Studiyasında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası SSRİ Xalq artisti, Rəşid Behbudovun 108 illiyinə həsr olunmuş konsert verib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov Filarmoniyanın musiqi heyətinə, solistlərinə təşəkkürünü bildirib, Gəncənin mədəniyyət torpağı olduğunu vurğulayıb. Deyib ki, bir çox əbədiyaşarlar yetişdirən bu torpaq mədəniyyət və musiqisi ilə Azərbaycan mədəniyyətində önəmli yer tutub. Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu cür müştərək konsertlər müxtəlif tarixlərdə müxtəlif salonlarda keçiriləcək.

Konsertdə Xalq artisti Sərxan Sərxan, Abbas Əhməd, Samir Piriyev, Estrada ansamblının müşayiəti ilə Filarmoniyanın solistləri - Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Tural Abdullayev, Vasif Bayramov, Rüstəm Cəfərov və Əli Məmmədov sənətkarın yaddaqalan mahnılarını səsləndiriblər.

Tədbirdə Rəşid Behbudovun “Gəncə”, “Zibeydə”, “Lalələr”, “Gözəlim sənsən”, “Sevgilim”, “Əziz dost”, “Bahar sənsiz”, “Azərbaycanım”, “Ey Vətən” mahnıları ifa olunub.

Oxşar Xəbərlər

    ×