Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
“Microsoft” İspaniyada süni intellekt infrastrukturunu genişləndirir
20.02.2024

ABŞ-nin proqram təminatı korporasiyası “Microsoft” növbəti iki ildə 2,1 milyard dollarlıq sərmayə qoymaqla İspaniyada süni intellekt (Sİ) və bulud infrastrukturunu genişləndirəcək.

“Report” xəbər verir ki, bu barədə şirkətin sədr müavini və prezidenti Bred Smit sosial şəbəkədə açıqlayıb.

“İnvestisiyamız sadəcə verilən (data – red.) mərkəzləri tikmək çərçivəsindən kənara çıxır, bu, İspaniyaya, onun təhlükəsizliyinə, hökumətinin, biznesinin və insanlarının inkişafı və rəqəmsal transformasiyasına 37 illik sadiqliyimizin sübutdur”, – şirkətin meneceri nəql edib.

Xatırladaq ki, daha öncə “Microsoft” Almaniyada süni intellekt yönümlü 3,2 milyard avro (3,45 milyon dollar) sərmayə qoyacağını bildirib.

Oxşar Xəbərlər

    ×