Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Milli İncəsənət Muzeyində növbəti konsert – Zəfər qanadlarında
22.02.2024

Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə reallaşan “Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, “Zəfər qanadlarında” adlı konsert proqramı Əməkdar incəsənət xadimi Əlibala Rzayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Dövlət Nəfəs Alətləri Orkestri tərəfindən təqdim edilib.

Q.Qarayev, V.Adıgözəlov, Ə.Əliyev, İ.Ştrauss, A.Silvestri, V.Handi kimi Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına aid məşhur marş və caz musiqiləri səslənib.

Maraqla qarşılanan konsert proqramı, həmçinin muzeyin kolleksiyasına aid hərbi mövzuda əsərlər haqqında tematik ekskursiya ilə müşayiət edilib.

Oxşar Xəbərlər

    ×