Martın 5-də Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə bağlı ittifaqların üzvlərinin iştirakı ilə konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransın gündəliyinə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi və nizamnamənin təsdiqi, eləcə də ona sədr və idarə heyətinin seçilməsi məsələləri daxildir.
İki kino ittifaqının birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da AKİ və ARKİ idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında birgə bəyanat qəbul edilib.
AKİ 1963-cü ildən fəaliyyət göstərir. İttifaqın İdarə Heyətinin sədri Xalq artisti Rasim Balayevdir. ARKİ 2012-ci ildə yaradılıb və İdarə Heyətinin sədri Xalq artisti Şəfiqə Məmmədovadır.