Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Nazir müavini: Azərbaycanla Xorvatiya arasında münasibətlər yüksələn xətlə inkişaf edir
12.03.2024

Azərbaycanla Xorvatiya arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Bu əlaqələrin yüksək səviyyədə olması ölkə başçılarının qarşılıqlı səfərləri ilə möhkəmlənib.

AZƏRTAC xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müavini Fərid Cəfərov Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunun açılışında deyib.

"Azərbaycan və Xorvatiya arasında iqtisadi-ticari əlaqələr son illərdə bir neçə dəfə artıb. Xorvatiyalı iş adamlarının Azərbaycanda biznes qurmaları üçün ölkəmizdə böyük potensial var", - deyə nazir müavini əlavə edib.

Fərid Cəfərov qeyd edib ki, gələn il Zaqrebdə Azərbaycan mədəniyyət günləri keçiriləcək.

Oxşar Xəbərlər

    ×