Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Dövlət Kreml Sarayında Müslüm Maqomayevə həsr edilən konsert keçiriləcək
11.02.2020

Martın 14-də Dövlət Kreml Sarayında dünya şöhrətli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevə həsr edilən “Sənsiz mahnı yoxdur” adlı konsert proqramı təqdim ediləcək.

Dövlət Kreml Sarayının saytına istinadla xəbər verilir ki, konsert Moskvanın “Russkaya filarmoniya” simfonik orkestri və “TenorA XXI veka” art layihəsi tərəfindən təşkil olunacaq. Konsertdə Müslüm Maqomayevin repertuarından əsərlər səsləndiriləcək.

Oxşar Xəbərlər

    ×