Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi məqsədilə treninqlərə başlanılıb
12.03.2024

Martın 12-də Mədəniyyət Nazirliyinin tabeliyində olan kütləvi kitabxanaların mütəxəssisləri üçün KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının Treninq Mərkəzində treninqlərin keçirilməsinə başlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, treninqin keçirilməsində məqsəd aktiv, sürətlə inkişaf edən və yaxşı strukturlaşdırılmış kod bazasına malik, istifadəçi interfeysi konfiqurasiya edilə və uyğunlaşdırıla bilən, açıq mənbəli, inteqrasiya edilmiş kitabxana sistemi olan KOHA-nın Mədəniyyət Nazirliyinin tabeliyində olan kütləvi kitabxanalarda tətbiqinə dəstək olmaqdır.

Tədbirdə çıxış edən kitabxananın direktoru Kərim Tahirov sistemin öyrənilməsi və region kitabxanalarında tətbiqinin Milli Kitabxananın 850 mindən çox fondundan istifadə etmə imkanı yaradacağını deyib.

Həmçinin Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsi Nəşriyyatlarla iş sektorunun müdiri Xəyal Məmmədov da fikirlərini bölüşüb.

Martın 16-dək davam edəcək treninqlərdə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Gəncə, Lənkəran, Şəki şəhər, Ağcabədi, Ağstafa, Xaçmaz, Ağdaş, Sabirabad, Biləsuvar, Şamaxı, Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı Rayon Mərkəzləşdirilmiş Kitabxana sistemlərindən, ümumilikdə, 18 mütəxəssis iştirak edir.

Oxşar Xəbərlər

    ×