Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Vaqif Mustafazadənin ev-muzeyində “Novruz görüşü” keçirilib
13.03.2024

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vaqif Mustafazadənin ev-muzeyində “Novruz görüşü” layihəsinin ikinci tədbiri olub.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl qonaqlara Vaqif Mustafazadənin həyat və yaradıcılığı haqqında qısa məlumat verilib, muzeydə yerləşən eksponatlarla tanışlıq olub.

Sonra Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının Populyar musiqi və caz ifaçılığı kafedrasının müdiri, pianoçu, bəstəkar Emil Əfrasiyab iştirakçılara ustad dərsi keçib.

Görüş interaktiv müzakirə formatında davam edib.

Tədbirin təşkilində əsas məqsəd musiqi və incəsənət təhsili sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır.

Oxşar Xəbərlər

    ×