Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
28.03.2024

İntibah dövrünün məşhur rəssamı Rafaelin yeni tapılmış əsəri kilsədə nümayiş etdiriləcək.

AZƏRTAC xəbər verir ki, əsəri 2023-cü ildə fransız kolleksiyaçı Londondan 35 000 avroya alıb. Noyabr ayında lazer analizi nəticəsində əsərin italiyalı rəssam Rafaelə (1483-1520) aid “Mariya Maqdalenanın portreti” olduğu müəyyən edilib.

Portret Fransanın Var departamentindəki Müqəddəs Maqdalena bazilikasında aprelin 20-də nümayişə çıxarılacaq. Adının açıqlanmasını istəməyən kolleksiyaçı sərgidən sonra əsəri hansısa muzeyə hədiyyə etmək niyyətindədir.

Oxşar Xəbərlər

    ×