Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
"Xalqın mədəni sərvəti" layihəsi Süleyman Ələsgərovun 100 illiyinə həsr olunub
16.04.2024

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası aprelin 15-dən 20-dək Mədəniyyət Nazirliyinin dəstəyi, Bəstəkarlar İttifaqı, Milli Konservatoriya, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Şirvan-Salyan, Şəki-Zaqatala, Qazax-Tovuz Regional Mədəniyyət idarələrinin təşkilatçılığı ilə “Xalqın mədəni sərvəti” layihəsini təqdim edir.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, dördüncü dəfə keçirilən layihə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunub.

Layihənin ilk günü Heydər Əliyev Mərkəzində Süleyman Ələsgərovun yaradıcılığına həsr olunmuş konfrans keçirilib. Konfransda "Süleyman Ələsgərovun operettaları", "Süleyman Ələsgərovun mahnı və romansları", "Opera yaradıcılığı", "Üzeyir ruhlu bəstəkar Süleyman Ələsgərovun yaradıcılığının üslub xüsusiyyətləri", "Simfonizm ənənələri" mövzuları müzakirə edilib.

Daha sonra Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Gəncə şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi (UMM), Gəncə şəhər 2 nömrəli UMM, Gəncə şəhər 4 nömrəli UMM, Goranboy rayon Xanqərvənd UMM, Düzqışlaq UMM, Dəliməmmədli UMM, Borsunlu UMM, Qızılhacılı UMM, Samux rayon Sərkar kənd UMM, Qarayeri qəsəbə UMM, Daşkəsən Uşaq İncəsənət Məktəbi, Göygöl Aşıq Şəmşir UMM-nin şagirdlərinin iştirakı ilə bəstəkarın əsərlərindən ibarət konsert proqramı olub.

Günün sonunda Gəncə Dövlət Dram Teatrında Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Gəncə şəhər 1 nömrəli UMM, Gəncə şəhər 2 nömrəli UMM, Gəncə şəhər 4 nömrəli UMM, Goranboy rayon Düzqışlaq UMM, Qızılhacılı UMM, Səfikürd UMM, Samux şəhər UMM, Samux rayon Sərkar kənd UMM, Qarayeri qəsəbə UMM, Göygöl Aşıq Şəmşir UMM-nin müəllimlərinin konserti keçirilib.

Qeyd edək ki, "Xalqın mədəni sərvəti" layihəsi yanvarın 8-dən 14-dək simfonik muğam janrının banisi Fikrət Əmirova, fevralın 14-dən 16-dək görkəmli bəstəkarımız Qara Qarayevə həsr olunub.

Oxşar Xəbərlər

    ×