Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Yaradıcı müzakirələr” layihəsinə qeydiyyat başlayıb
16.04.2024

Mədəniyyət Nazirliyinin təsis etdiyi “Yaradıcı müzakirələr” layihəsi davam edir. Layihə paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasını dəstəkləmək məqsədilə həyata keçirilir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində 10-dan çox yaradıcı klaster üzrə seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüş və təlimlər təşkil olunacaq.

Cari ilin mayında yenidən reallaşacaq “Yaradıcı müzakirələr” ilkin mərhələdə Quba, Gəncə, Mingəçevir, Şəki və Şamaxı şəhərlərini, daha sonra sentyabr və oktyabrda Lənkəran, Naxçıvan, Sumqayıt, Bakı və Şuşa şəhərlərini əhatə edəcək.

Ümumilikdə, sessiyalar kino, teatr, rəsm, dizayn, xalçaçılıq, kulinariya, animasiya, virtual oyun biznesi, yaradıcı startaplar, fotoqrafiya, musiqi, bədii şüşə sənəti, dəb və digər mövzuları üzrə olacaq.

Quba, Gəncə, Mingəçevir, Şəki və Şamaxıda keçirilən sessiyalara qeydiyyat başlayıb və aprel ayı ərzində qeydiyyatdan keçmək mümkündür.

Qeyd edək ki, 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən layihə çərçivəsində on regionda yüz maarifləndirici tədbir təşkil edilib. Tədbirlərə 3000-ə yaxın iştirakçı qatılıb.

Oxşar Xəbərlər

    ×