Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Mədəniyyət xəbərləri
Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib
06.05.2024

Qazaxıstanın Kokşetau şəhərində Şaxmet Xusainov adına Akmola Vilayət Qazax Musiqili və Dram Teatrında Qazaxıstanın Xalq yazıçısı, Dövlət mükafatı laureatı, dramaturq Saken Junusovun 90 illik yubileyinə həsr olunmuş “SALEM” II Beynəlxalq Komediya Tamaşaları Festivalı keçirilib. Festival çərçivəsində Kokşetau tamaşaçıları teatr səhnəsində Qazaxıstan, Azərbaycan və Türkiyənin aparıcı teatrlarının ifasında tanınmış dramaturqların əsərlərindən ibarət tamaşaları seyr ediblər.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festivalda Dövlət Pantomim Teatrının Xalq artisti Bəxtiyar Xanızadə və aktyor Bəhruz Əhmədlinin quruluşunda "Son Ştrix“ tamaşası ilə təmsil olunub.

Tamaşa Qazaxıstan teatrsevərlərinin yüksək rəğbətini qazanaraq münsiflər heyətinin qərarı ilə "Ən yaxşı pantomima tamaşası” nominasiyası və xüsusi pul mükafatına layiq görülüb.

Oxşar Xəbərlər

    ×