Bu gün Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Soltan Hacıbəyovun anadan olmasının 105-ci ildönümü tamam olur. Bu münasibətlə Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı geniş kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərlərinin not yazıları, həyat və yaradıcılığına həsr olunmuş Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.