Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda olublar.
AZƏRTAC xəbər verir ki, onlar Ulu Öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüblər.