Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Həsən bəy Zərdabi adına mükafat təqdim olunub
22.07.2024

Bu il altı media nümayəndəsi mükafata layiq görülüb

Azərbaycan Jurnalistlər Birliyi (AJB) Milli Mətbuatın 149-cu ildönümü münasibətilə Həsən bəy Zərdabi adına mükafatın təqdimatını edib.

AZƏRTAC xəbər verir ki, mükafata bu il 6 media nümayəndəsi layiq görülüb.

Bu il “Zərdabi” mükafatı jurnalistlər - Zöhrə Əliyeva, Müsəllim Həsənli, Nadir Məmmədli, Qafqaz Əvəzoglu, Elşad Paşasoy və Anar Turana verilib.

Mükafatları AJB-in sədri, “Ayna-Zerkalo” qəzetinin rəhbəri Elçin Şıxlı, Əməkdar jurnalist, professor Qulu Məhərrəmli, “Yeni Nəsil” Jurnalistlər Birliyinin və “PressKlub”un rəhbəri Arif Əliyev, “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı təqdim ediblər.

Təltif edilən media nümayəndələri Azərbaycan Jurnalistlər Birliyinə təşəkkürlərini çatdırıblar.

Təltif olunan jurnalistlər təəssüratlarını bölüşüb, belə bir mükafata layiq görülmənin onlar üçün sevindirici olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, Həsən bəy Zərdabi adına mükafat jurnalistlər üçün təsis edilən ən vacib mükafatlardan biridir.

Xatırladaq ki, "Zərdabi" mükafatı 1990-cı illərin sonlarında Azərbaycan Jurnalistlər Birliyinin ozamankı sədri, mərhum jurnalist Hacı Hacıyevin təşəbbüsü ilə təsis olunub. Laureatları Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan Jurnalistikası Günü ərəfəsində seçilir. Bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir.

Mükafatlandırma mərasimində Azərbaycan Jurnalistlər Birliyinin yeni üzvlərinə də vəsiqələr təqdim olunub.

Oxşar Xəbərlər

    ×