Dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirilən seçim turlarına qeydiyyat davam edir.
Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, turlar xarici dillər, ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq və digər sahələr üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.
Turlarda iştirak üçün sənədləri (Şəxsiyyət vəsiqəsinin surəti; CV) bu ilin oktyabrın 31-dək Mərkəzin info@aztc.gov.az ünvanına göndərə, yaxud kağız formatında Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küç., 27/121A; AZ1033 ünvanına təqdim edə bilərsiniz.
Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir.
Turlarda iştirak ödənişlidir.