Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Bakıda Mıkola Miroşnıçenko və Abbas Abdullaya həsr olunmuş ədəbi-bədii axşam keçiriləcək
25.07.2024

Bakıdakı Ukrayna Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının ukraynalı tərcüməçi və tədqiqatçısı, şair Mıkola Miroşnıçenko və Ukrayna ədəbiyyatının azərbaycanlı tərcüməçisi, şair Abbas Abdullanın xatirəsinə həsr olunmuş ədəbi-bədii axşam keçiriləcək.

Bu barədə AZƏRTAC-a Ukrayna-Azərbaycan layihələrinin kuratoru, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi, eləcə də tədbirin moderatoru Marına Qonçaruk məlumat verib.

Ədəbi-bədii axşam iyulun 25-də Ukrayna Xalq deputatı Sergey Naqornyakın dəstəyi ilə keçiriləcək. Tədbirdə Azərbaycanda Ukrayna Qadınları Birliyinin sədri Lidiya Əliyeva-Şestak, ədəbiyyatşünaslar, Abbas Abdullanın ailəsinin nümayəndələri çıxış edəcəklər.

Tədbirin təşkilatçıları ikitərəfli münasibətlərə töhfə verən görkəmli şəxsiyyətlər, xüsusilə Nəsimi, Nizami, Məhsəti Gəncəvi, Füzulini ukraynalı oxucular üçün kəşf etmiş Mıkola Miroşnışenko haqqında məlumatın yayılmasının əhəmiyyətini qeyd edirlər.

Oxşar Xəbərlər

    ×