AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, dosent Nardanə Yusifovanın “Nəsimi yaradıcılığına riyazi məntiqi yanaşma” sərlövhəli məqaləsi Türkiyənin Nevşəhərində “I Beynəlxalq Təsəvvüf Araşdırmalar Simpoziumu: Nəsimi-650” adlı jurnalda dərc olunub.
Muzeydən bildiriblər ki, Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin yaradıcılığına professor Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ilə riyazi məntiqi yanaşma məqalədə təqdim edilib. Həmçinin dəqiq elmlərin humanitar elmlərə inteqrasiyası məsələsi fəza təfəkkürü nəzəriyyəsinə əsasən ortaya qoyulub.