Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
“Milli Azərbaycan Tarixi Muzeyi 100 ildə” adlı muzeydənkənar mühazirələrin keçirilməsinə başlanılıb
17.02.2020

“Milli Azərbaycan Tarixi Muzeyi 100 ildə” adlı muzeydənkənar mühazirələrin keçirilməsinə başlanılıb.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən bildiriblər ki, bu müəssisənin əməkdaşları Müasir İnnovasiyalar Liseyində olublar.

Görüşdə muzeyin elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlı Azərbaycan dilində, elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin əməkdaşları Günel Süleymanova və Sara Əhmədova rus və ingilis dillərində ekspozisiya əsasında muzeyin tarixi, strukturu, fondları haqqında ətraflı məlumat veriblər.

Eyni zamanda, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatı və ev-muzeyindən bəhs edilib.

Sonra suallar cavablandırılıb.

 
Oxşar Xəbərlər

    ×