Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 10 nömrəli uşaq musiqi məktəbi Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı “Yenidən özünə qayıt - Xocalı” adlı musiqili-bədii kompozisiya təqdim edib.
Əvvəlcə Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Məktəbin direktoru Qafar Nuriyev Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olması barədə şagirdlərə məlumat verib. Bildirilib ki, insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsidir.
Sonra şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər oxuyub, musiqilər səsləndiriblər.